"Qırmızı ət əslində zərərli deyil" - Həkim məşhur mifi TƏKZİB ETDİ

"Qırmızı ət əslində zərərli deyil" - Həkim məşhur mifi
Sağlamlıq 23-04-2025 - 11:55

Həkim Amara Aladel qırmızı ət yeməyin ürəyə mənfi təsir etdiyi barədə mifi təkzib edib.

Ajans.az xəbər verir ki, bu barədə o, La Razona danışıb.

Aladelin qeyd etdiyi kimi, müəyyən bir şəxs üçün pəhriz planı qurarkən, həmişə fərdi yanaşma lazımdır. Qırmızı ətin ürək üçün zərərli olduğuna dair bir fikir var, lakin son araşdırmalar bunun doğru olmadığını göstərir. "O, xolesterol səviyyəsini yüksəltmir və ürək-damar sistemində problem yaratmır”, - deyə, mütəxəssis bildirib.

Həkim 2024-cü ildə aparılan araşdırmaya istinad edib. Həmin məqalədə elm adamları qırmızı ət istehlakı ilə qanda trigliseridlərin və iltihab markerlərinin səviyyəsinin artması, həmçinin qan təzyiqi arasında heç bir əlaqə tapmayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: