Əhməd Əhmədov dəhşətli cinayəti necə törədib? - VİDEO

Əhməd Əhmədov dəhşətli cinayəti necə törədib? -
Dəhşətli cinayət
Cəmiyyət 28-11-2024 - 18:04
 3604

Xəbər verdiyimiz kimi, məhkəmənin yekun qərarına əsasən, psixi pozuntusu olan Əhmədov Əhməd Mehman oğluna Cinayət Məcəlləsinin 95-ci maddəsində müəyyən edilmiş Psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbirlərin ən ciddi növü - ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.

Ajans.az xəbər verir ki, kriminal jurnalist Ceyhun Həmidov baş vermiş qətl hadisəsinin təfərrüatları ilə bağlı "youtube" kanalında video paylaşıb.

Xatırladaq ki, bu ilin fevral ayının 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməkdə şübhəli bilinib. O şübhəli şəxs qismində saxlanılıb və fevralın 14-də barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra o, Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxənasına yerləşdirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

PAYLAŞ: