Dünyanın üçüncü ən yaşlı insanı VƏFAT ETDİ - VİDEO

Dünyanın üçüncü ən yaşlı insanı VƏFAT ETDİ -
Yaşlı
Dünya 24-10-2024 - 13:10

ABŞ-nin ən yaşlı, dünyanın isə üçüncü ən yaşlı insanı Elizabet Frensis 115 yaşında dünyasını dəyişib.

Ajans.az xəbər verir ki, 1909-cu ildə anadan olan Frensis 20 ABŞ prezidenti görüb. Hyustonda bir telekanalın bufetini idarə edən Frensis ictimai həyatda həmişə aktiv olub. 95 yaşlı qızı və nəvəsi ilə yaşayan Fransisin çoxlu nəvələri olub.

115 yaşlı Elizabet Frensis təbii şəkildə dünyasını dəyişib. Dünyanın üçüncü ən yaşlı insanı olan Frensis uzun və qeyri-adi bir həyat yaşayıb. Luiziana Frensis 11 yaşında anasını itirəndə bibisi ilə Hyustona köçüb və ömrünün qalan hissəsini orada keçirib.

İş həyatında da aktiv olan Frensis 1970-80-ci illərdə bir televiziya kanalının yeməkxanasını idarə edib. O, heç vaxt maşın sürməyib. Onun cəmiyyətlə, xüsusən də müntəzəm olaraq iştirak etdiyi kilsəylə möhkəm əlaqələri olub. Ömrünün son illərində 95 yaşlı qızı Doroti Uilyams və nəvəsi Ethel Harrisonla birlikdə yaşayan Frensis üç nəvə, beş nəticə və dörd kötücəyə sahib olub.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: