Dumanlı hava nə vaxtadək davam edəcək?

Cəmiyyət
13-03-2025 - 10:15
Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən Ajans.az-a verilən məlumata görə, dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşır.
Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Gəncə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Salyan, Biləsuvar, Lənkəran, Astarada duman müşahidə olunur.
Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.
Mövzular:
Oxşar xəbərlər
ADY: Bakı-Balakən-Bakı marşrutu üzrə gediş haqqının formalaşmasına bir neçə... - MÜSAHİBƏ
Cəmiyyət07:36 / 09-01-25
Hər kəsin sevdiyi bu səhər yeməyi Xərçəngə səbəb olur - 1 paçka siqaretdən daha zərərlidir
Cəmiyyət07:57 / 16-11-24