"Diplomatik xidmət haqqında" qanun QƏBUL EDİLƏCƏK

"Diplomatik xidmət haqqında" qanun
Cəmiyyət 19-11-2024 - 12:48

Beynəlxalq əlaqələrlə bağlı bütün sahələrdə artım müşahidə edirik.

Ajans.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında deyib.

"Beynəlxalq əlaqələrlə bağlı büdcədə artım görürük, bu, sevindirici haldır. Biz Milli Məclisdə "Diplomatik xidmət haqqında" qanunu yenidən müzakirə edib, qəbul edəcəyik. Bu maliyyələşmədə tətbiq edilən yeni sistemi də özündə əks etdirir. Diplomatik nümayəndəliklərin və səfirliklərin təhlükəsizliyini yüksək səviyyədə təmin etməyə, Azərbaycan reallıqlarını beynəlxalq dünyaya çatdırmağa ayrılan vəsait kifayət edir. Bizə qarşı hiyləgər, ikili siyasət yürüdülür, bu büdcə o siyasətlərə cavab verməyə imkan yaradır. Ümumiyyətlə, Azərbaycanın xarici siyasətinin yüksək səviyyədə təşkil olunması Azərbaycan iqtisadiyyatının yüksəlişi ilə əlaqədardır".

PAYLAŞ: