DDLA küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir

DDLA küləkli hava şəraiti ilə bağlı gəmilərə
Cəmiyyət 16-11-2024 - 12:48

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

Bu barədə Ajans.az-a Dövlət Dəniz və Liman  Agentliyinin İctimaiyyətlə əlaqələr xidmətindən məlumat verilib. 

Xəbərdarlığa əsasən, bu gün  Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan cənub-şərq,cənub küləyi şimal-qərb, şimal küləyi ilə əvəz olunacaq. Belə ki, gün ərzində küləyin sürətinin  18-23 m/s, arabir 25-30m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün  isə 2.0-3.0m, sonrakı inkişafda 4.0-6.0 m.çatacağı proqnozlaşdırılır.

PAYLAŞ: