Daha bir ölkə Rusiyaya uçuşları dayandırdı

Dünya
28-12-2024 - 10:39
"Türkmənistan Hava Yolları" Moskvaya uçuşları bir aylıq dayandırıb.
Ajans.az xəbər verir ki, bu barədə "Türkmənistan Hava Yolları" məlumat yayıb.
Aşqabad - Moskva - Aşqabad marşrutu üzrə müntəzəm reyslərin dekabrın 30-dan yanvarın 31-dək ləğv edildiyi bildirilib.