CHP sədri haqda istintaq başladıldı
CHP sədri Özgür Özəl haqqında İstanbul Baş prokuroru Akın Gürlək haqqında söylədiyi fikirlərə görə istintaq başladılıb.
Ajans.az xəbər verir ki, Baş Prokurorluğun başlatdığı araşdırmaya səbəb kimi “dövlət məmurunu təhqir etmə” və “hədəf göstərmə” göstərilib. Bu gün terror istintaqı çərçivəsində həbs edilən Esenyurt Bələdiyyə Başçısı Əhməd Özeri həbsxanada ziyarət edən Özəl daha sonra Gürləkə reaksiya verib.
Səfərdən sonra mətbuata açıqlama verən Özəl İstanbul Respublika Baş prokuroru Akın Gürləkə reaksiya verib:
“Akın Gürlek, günahın qədər torpaq yandıracaqsan. Bir gün yenə burada dayanacağam, kim bilir hansı sosial media hesabından bizə hücum edəcəksən. Əgər qanunsuzluğa məruz qalmısansa, sizin də hüquqlarınızı müdafiə edərdik, bir ölkənin taleyi ilə bağlı sizi xəbərdar edirəm”.