Bu tarixdə manatla bağlı QƏRAR VERİLƏ BİLƏR

Bu tarixdə manatla bağlı
İqtisadiyyat 09-04-2025 - 11:16
 340

"Neftin qiyməti uzun müddət aşağı olacaqsa, bu, Azərbaycan iqtisadiyyatına təsir göstərəcək".

Bunu Ajans.az-a iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, neftin qiymətindəki azalmanın uzunmüddətli və qalıcı olması Azərbaycan iqtisadiyyatında müəyyən dalğalanmalara gətirib çıxaracaq:

"Bu, qaçılmazdır. Çünki bizim xarici ticarətimizdə neft çox böyük üstünlüyə malikdir. Neft və neft məhsullarını, təbii qazı saysaq, ixracatımızın 90 faizini təşkil edir. Əgər qiymət qalıcı olaraq ensə və uzun müddət qalsa, bu Azərbaycanın valyuta gəlirlərinə ciddi təsir göstərəcək, ticarət saldomuz mənfiyə doğru dəyişəcək və manata basqılar da artacaq. Nəticə olaraq manatın məzənnəsi ilə bağlı qərar vermək məcburiyyəti yaranacaq.

İqtisadçı hələki proseslərin davamını gözləmək lazım olduğunu deyib:

"İndi neftin qiyməti 60 dollar civarındadır, ortalama qiymət ilin əvvəlindən 75 dollardır. Büdcədə nəzərdə tutulmuş 70 dollardan daha üstündür. Əgər ilin ikinci yarısından başlayaraq ortalama qiymət 60 dollara düşməyə başlasa, ilin sonu və ya 2026-cı ilin əvvəlində manatın məzənnəsi ilə bağlı qərarlar verilməsi qaçılmaz olacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Cavidan Mirzəzadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: