Bu şəxslərə nikahlar qadağan ediləcək

Bu şəxslərə nikahlar qadağan ediləcək
Nikah
Dünya 15-10-2024 - 22:17

Parlamentin aşağı palatasının üçüncü və son oxunuşda qəbul etdiyi Dövlət Dumasının qanun layihəsinə əsasən, Rusiyada miqrantların qondarma nikahlara girməsi qadağan ediləcək.

Ajans.az xəbər verir ki, sənəd valideyn hüquqlarına və övladlığa götürməyə aiddir.

Qanun layihəsi qondarma nikahlardan istifadənin və qondarma atalığın müəyyən edilməsi hallarının aradan qaldırılması baxımından miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsinə yönəlib.

Təşəbbüs xarici vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasının ərazisində miqrasiya statusu almasının qarşısını almaq üçün nəzərdə tutulub. İndi sənədləri nikahdan və ya övladlığa götürdükdən sonra üç ildən gec olmayaraq əldə etmək mümkün olacaq.

PAYLAŞ: