Bu Asiya ölkəsində ortalıq QARIŞDI: "Monarxiya istəyirik" - Xalq küçələrə AXIŞDI

Bu Asiya ölkəsində ortalıq QARIŞDI: "Monarxiya istəyirik"
Nepal
Dünya 10-03-2025 - 11:11
 422

Nepalın paytaxtı Katmanduda 10 minə yaxın monarxiya tərəfdarı ölkənin keçmiş kralı Gyanendra Bir Bikram Şah Devin yenidən taxta çıxması tələbi ilə nümayiş keçirib.

Ajans.az xəbər verir ki, Asiya ölkəsi Nepalın keçmiş kralı Qyanendra Bir Bikram Şah Dev ölkənin qərbinə səfərindən sonra paytaxt Katmandudakı Tribhuvan Beynəlxalq Hava Limanına eniş edib.

Monarxiyanın minlərlə tərəfdarı hava limanının əsas girişini bağlayaraq Qyanendranın taxta qayıtmasını tələb etmək üçün nümayiş keçirib. Nümayişçilər “Kral sarayını krala buraxın”, “Kral qayıdın, ölkəni xilas edin”, “Yaşasın sevimli kralımız”, “Biz monarxiya istəyirik” kimi şüarlar səsləndirərkən yüzlərlə polis onların hava limanına daxil olmasına mane olub. Zorakılıq olmadan keçirilən nümayiş hinduizmin yenidən ölkənin rəsmi dini kimi tanınmasına çağırıb.

Qeyd edək ki, 2008-ci ildə kral Qyanendra demokratiya tərəfdarı etirazlarından sonra Nepalda 239 illik monarxiyaya son qoyub və ölkəni respublika elan edib. Digər tərəfdən, bir çox Nepal vətəndaşı siyasi qeyri-sabitlik, pis iqtisadi şərait və korrupsiyaya görə məsuliyyət daşıyan məmurlar səbəbindən respublika rejiminə qarşı qəzəblidir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: