Bomba təhdidi alan təyyarə təcili ENİŞ ETDİ

“Air India” aviaşirkətinin Dehlidən Çikaqoya uçan təyyarəsi təhlükəsizlik təhdidinə görə Kanadada təcili eniş edib.
Ajans.az xəbər verir ki, “Boing 777” təyyarəsi çərşənbə axşamı sosial media vasitəsilə aviaşirkətə bomba təhdidi aldıqdan sonra Nunavutdakı İqaluit Beynəlxalq hava limanına yönləndirilib. Bomba zərərsizləşdirilmə idarəsi təyyarəni yoxlayarkən sərnişinlər təyyarədən təxliyə edilib.
Aviaşirkətin açıqlamasında bu cür deyilir:
"15 oktyabr 2024-cü ildə Dehlidən Çikaqoya uçan “AI127” reysi internetdə yayımlanan təhlükəsizlik təhdidinin mövzusu olub və ehtiyat tədbiri olaraq Kanadanın İqaluit hava limanına enib”