Bəy toy korteji zamanı ÖLDÜ: Film kimi hadisə - VİDEO

Hindistanın Madhya Pradeş əyalətinin Şeopur rayonunda dramatik hadisə baş verib.
Ajans.az xəbər verir ki, 26 yaşlı bəy toy korteji zamanı at sürərkən ürək tutmasından dünyasını dəyişib. Sosial şəbəkədə paylaşılan hadisənin görüntülərində kürəkən Pradip Cat atla səhnəyə yaxınlaşarkən huşunu itirərək yerə yıxıldığı görünür.
Rəsmilərin sözlərinə görə, hadisə cümə günü gecə Şeopur şəhərindəki Jat Hosteldə baş verib. Qohumu ona kömək etmək istəsə də, Cat yıxılıb.
Konqres Partiyasının tələbə qanadı olan Milli Tələbələr Birliyinin (NSUI) keçmiş rayon prezidenti Pradeep Cat dərhal xəstəxanaya çatdırılsa da, həkimlər gəldikdən sonra öldüyünü elan ediblər.