Bayden liderlərlə ciddi görüş zamanı yuxuya getdi - VİDEO
Co Bayden Afrika liderləri ilə görüş zamanı gözlərini bir dəqiqədən çox yumaraq yuxuya gedib.
Ajans.az xəbər verir ki, 82 yaşlı ABŞ prezidenti Anqolada Anqola prezidenti, Zambiya və Konqo Demokratik Respublikasından olan həmkarları ilə keçirilən sammit zamanı yorğun görünüb və boğuq danışıb.
Tanzaniyanın vitse-prezidenti Filip Mpanqonun çıxışı zamanı Bayden gözlərini yumub və yatmış kimi görünərək əlini üzünə qoyub. Sonra yenidən oyanıb. Bayden adətən tərcümə üçün istifadə edilən qulaqcıq taxsa da, paneldəki bütün iştirakçılar həmin vaxt ingilis dilində danışıb.
Hadisə Anqolaya üç günlük səfərinin son günündə baş verib. Bayden, dünya sferasında yaşına və yalanlarına görə tənqidlərlə üzləşib. Həmçinin o, ötən il bir neçə beynəlxalq tədbirdə yuxuya getməkdə günahlandırılıb.