Banklar faiz dərəcələrini artırdı
Bir neçə Rusiya bankı öz əmanət məhsulları üzrə gəlirliliyin artdığını elan edib. Qeyd olunur ki, depozitlər üzrə faiz dərəcələrinin artırılmasının növbəti mərhələsi Rusiya Mərkəzi Bankının əsas faiz dərəcəsini illik rekord həddə - 21%-ə çatdırmaq qərarına görə başlayıb.
Ajans.az “Vedomosti”yə istinadən xəbər verir ki, yalnız Sberbank hələ heç bir dəyişiklik elan etməyib.
Analitiklərin fikrincə, yaxın günlərdə kredit təşkilatları uçot dərəcəsini 1-1,5 faiz bəndi artıracaq. 2024-cü ilin sonuna qənaət məhsulları üzrə gəlirlilik illik 23-24%-ə qədər arta bilər və 2025-ci ilin əvvəlində bu səviyyədə qalacaq. Bundan əlavə, Yeni ilə qədər banklar müştərilər üçün yeni təkliflər yaratdığından ənənəvi olaraq əmanətlərin gəlirliliyi maksimuma çatır.
Digər məsələlərlə yanaşı, banklar kredit faizlərinə yenidən baxmağa hazırlaşır. Rəqiblərin qərarları və bank üçün resursların cəlb edilməsinin ümumi dəyəri nəzərə alınmaqla yekun şərtlər hazırlanacaq.