Balaxanı sakinindən ŞİKAYƏT: “Evimi viran qoyublar, sonra da…”
Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşayan sakinlərdən biri Ajans.az-a müraciət edərək şikayəti olduğunu bildirib. Zahirə Abdulova adlı şəxs "Bakı Abadlıq Xidməti MMC"dən narazılığını dilə gətirib.
O Ajans.az-a qeyd edib ki, illərdir sözügedən qurum onun evinə etinasız yanaşır, heç bir köməklik göstərmir.
Amma digər bütün qonşuların evləri restavrasiya olunub. Hətta Zahirə xanım onu da deyib ki, müharibədən bir qədər əvvəl ondan xahiş olunub ki, küçələrin təmiz görsənməsi səbəbilə artıq tullantılar onun həyətinə yığılsın, sonra gəlib yığışdırılacaq. Lakin bununla bağlı da heç bir köməklik göstərilməyib.
Zahirə xanımın digər şikayəti də təmir işləri ilə bağlıdır. Belə ki, “Bakı Abadlıq Xidməti MMC”nin “gül əkmə” layihəsi çərçivəsində onun həyətində çiçəklər əkilib. Buna görə də yalnız güllərin olduğu ərazi təmir olunub, amma həyətin digər sahələri olduğu kimi köhnə və təmirsiz vəziyyətində qalıb.
Quruma bir neçə dəfə açıqlama almaq məqsədilə müraciət edilib. Lakin hər kəs problemi bir-birinin “üstünə atır”. Nəticə olaraq onu deyirlər ki, artıq bu layihə başa çatıb, heç bir köməklik göstərilə bilməz və. s. Bu tip cümlələr quraraq mövzuya tam aydınlıq gətirmək istəmirlər.
Məsələ ilə bağlı əməkdaşımız sözügedən ünvanda olub.
Ətraflı sujeti təqdim edirik: