Bakıda yağış, rayonlara qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda yağış, rayonlara qar yağacaq -
qar
Cəmiyyət 12-02-2025 - 12:59

Fevralın 14-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.

Bu barədə Ajans.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Fevralın 13-ü gecə və səhər əsasən şərq rayonlarında, 14-dən 15-i səhərədək isə əksər rayonlarda arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq-Şirvan, Lənkəran-Astara, Mərkəzi Aran bölgəsində intensivləşəcəyi ehtimalı var. Ölkə ərazisində havanın temperaturu 4 dərəcəyədək enəcək.

    Gözlənilən hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, dağlıq rayonlarda isə yolların buz bağlayacağı ehtimal olunur.

    PAYLAŞ: