Bakıda peyvənddən sonra körpənin vəziyyəti pisləşib- VİDEO

Cəmiyyət
04-04-2025 - 16:30
Bakıda peyvənd vurulduqdan sonra 4 aylıq uşağın halı pisləşib.
Ajans.az xəbər verir ki, bu barədə “Xəzər Xəbər”ə uşağın atası Həsənağa Mirzəyev məlumat verib.
O bildirib ki, martın 11-də uşağını 12 saylı Şəhər Poliklinikasında müayinəyə aparıb. Lakin sahə həkimi Elnurə Qurbanova uşağı müayinə etmədən peyvənd vurdurmağa yönləndirib. Ata iddia edir ki, peyvənd vurulduqdan sonra uşağın halı pisləşib və dərhal xəstəxanaya yerləşdirilib.
Xezerxeber.az mövzu ilə bağlı qısa videomaterialı təqdim edir.
Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.
Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir