Bakıda fərdi avtomobillərdən istifadə qadağan OLUNACAQ? - Tarixlər AÇIQLANDI

Bakıda fərdi avtomobillərdən istifadə qadağan OLUNACAQ? -
Cəmiyyət 14-10-2024 - 14:03
 580

Bakı yaxın günlərdə COP-29 İqlim Dəyişiklikləri Konfransına ev sahibliyi etməyə hazırlaşır. Bu qlobal əhəmiyyətli tədbir çərçivəsində paytaxtda bir sıra ciddi tədbirlər görüləcək. Xüsusilə, şəhərdə fərdi avtomobillərdən istifadənin məhdudlaşdırılmasının planlaşdırılıldığı ilə bağlı məlumatlar yayılıb. Bu addım bir tərəfdən tədbir zamanı nəqliyyatın rahat hərəkətini təmin etmək məqsədini güdür, digər tərəfdən isə ekoloji təhlükəsizlik və havanın çirklənməsinin azaldılması istiqamətində bir təşəbbüs olaraq həyata keçirilir.

Bu COP-29 kimi beynəlxalq tədbirlər zamanı Bakının qlobal səhnədə daha mühüm rol oynadığı bir dövr yaşanır və bu məhdudiyyətlər şəhərin davamlı inkişaf istiqamətində atdığı addımları daha da gücləndirilməsi məqsədini güddüyü kimi qiymətləndirilir.

Maraqlıdır, COP-29 ərəfəsində paytaxtda belə bir məhdudiyyət baş verə bilərmi?

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov Ajans.az-a bildirib ki, Beynəlxalq miqyaslı tədbirlər zamanı şəhərin nəqliyyat infrastrukturunun daha effektiv idarə olunması məqsədilə bu cür qərarlar qəbul oluna bilər:

"Biz nəzərə almalıyıq ki, bu gün Azərbaycan böyük bir tədbirə ev sahibliyi edir. Azərbaycana göstərilən böyek etimad sayəsində, biz belə bir uğura nail olmuşuq. Bizim dövlətimizə çox ciddi etimad və yüksək hörmət var. Proseslərlə bağlı məsələlərin hansı formada tənzimlənəcəyi barədə cəmiyyətə geniş məlumatlar veriləcək. Vətəndaşlarımız bu prosesə anlayışla yanaşmalıdırlar. Təbii ki, bu tədbir dönəmində dövlət müəyyən qaydalar qoyacaq və hər kəs çalışamlıdır ki, bu qaydalara riayət etsin”.

Ceyhun Məmmədov

Deputat qeyd edib ki, buna oxşar qərarlar digər ölkələrdə də beynəlxalq konfranslar zamanı qəbul edilir. Onun sözlərinə görə, dövlət hər hansı bir qadağa qəbul etməsə belə, vətəndaşlarımız bu prosesə anlayışla yanaşmalıdır:

“Belə bir məhdudiyyətin tətbiqi mümkündür. Çünki hazırda şəhrdə vəziyyətin dözülməz olduğunu görürük. Hələ tədbir başlamayıb, amma yenə də şəhərdə müyyən sıxlıq var. Tədbir iştirakçılarının təhlükəsizliyini təmin etmək və şəhərdəki insan sıxlığını azaltmaq məqsədilə belə bir qərar qəbul edilə bilər. COP-29 kimi yüksək səviyyəli tədbirlər zamanı təhlükəsizlik tədbirləri həmişə yüksək səviyyədə təşkil olunur”.

Qeyd edək ki, hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 22-dək paytaxt Bakıda keçiriləcək.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: