Bakıda 53 evdən QAZ SAYĞACI OĞURLANDI

Bakıda 53 evdən QAZ SAYĞACI
oğurluq
Gündəm 07-04-2025 - 11:23

Bakı şəhərinin Xəzər və digər rayonlarında silsilə oğurluq hadisəsi qeydə alınıb. Paytaxt sakinləri olan 53 nəfər zərərçəkən mənzillərindən qaz sayğaclarının talanması barədə polisə müraciət ediblər.

Ajans.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Abbas Əliyev və Bayram Hüseynov saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, həmin şəxslər müxtəlif vaxtlarda adətən gecə saatlarında çıxarışı olan evlərdən qaz sayğaclarını oğurlayaraq çıxarışı olmayan mənzillərin sahiblərinə satıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. 

A.Əliyev və B.Hüseynovun digər analoji cinayətlərdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar aparılır.

PAYLAŞ: