Çində dəhşətli yanğın: 22 nəfər öldü

Dünya
29-04-2025 - 13:24
Çinin şimal-şərqindəki Lyaonin əyalətində restoranda yanğın baş verib.
Ajans.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, yanğın nəticəsində 22 nəfər ölüb, daha 3 nəfər isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Çin lideri Si Szinpin yaralılara hər cür yardım göstərilməsi ilə bağlı tapşırıq verib.