Bakı metrosunda bədbəxt HADİSƏ: Ölən var
"Səhər saat 5:30-da iş vaxtı bitərək "İnşaatçılar" stansiyasında iş yerini tərk etmiş Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də "Koroğlu" stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu bildirib".
Bu barədə Ajans.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.
"Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırılıb. Bütün müvafiq tədbirlər görülsə də, Saleh Məmmədov dünyasını dəyişib", - deyə qurumdan bildirilib.
Allah rəhmət eləsin!