“Azərişıq” qanvermə aksiyası keçirib - FOTOLAR

“Azərişıq” qanvermə aksiyası keçirib -
qanvermə
Cəmiyyət 12-02-2025 - 16:46

“Azərişıq” ASC 10 fevral – qurumun yaranmasının 10-cu ildönümü ilə əlaqədar bir sıra silsilə tədbirlər həyata keçirir.

Ajans.az xəbər verir ki, növbəti belə tədbirlərdən biri qana ehtiyacı olan insanların müalicəsinə dəstək məqsədilə təşkil edilib.

Qanvermə aksiyasına könüllü olaraq qatılan əməkdaşların sağlamlıq durumu Mərkəzi Qan Bankının həkimləri tərəfindən qiymətləndirildikdən sonra iştiraklarına icazə verilib. 

Aksiya Bakı ilə yanaşı regionlarda da davam edir. “Azərişıq” ASC belə qanvermə aksiyalarının keçirilməsində mütəmadi iştirak edir.  

PAYLAŞ: