Trampın reytinqi yüksəlib

Gündəm
19-04-2025 - 08:32
Donald Trampın reytinqi prezidentliyinin ikinci müddətinin birinci rübündə 45%-ə çatıb.
Ajans.az xəbər verir ki, bu isə prezidentliyinin birinci müddətinin eyni dövründəki (41%) reytinqindən yüksəkdir.
Qeyd edək ki, 1952-ci ildən 2020-ci ilə kimi ilk üç ayda ABŞ prezidentlərinin orta reytinqi 60% təşkil edib.
Reytinqin artımı Trampın iqtisadi addımları fonunda qeydə alınır. Bu yaxınlarda o, ayrı-ayrı ölkələr üçün daha yüksək tariflərlə demək olar ki, bütün idxala 10 faizlik tarif elan etdi. Çin yeni tədbirlərdə 90 günlük gecikmədən təsirlənməyən yeganə ölkə oldu.