Azərbaycandan şəxsi təyyarəylə Parisə gedərkən saxlanılan "Telegram"ın qurucusu ilə bağlı YENİ XƏBƏR

Azərbaycandan şəxsi təyyarəylə Parisə gedərkən saxlanılan "Telegram"ın qurucusu ilə bağlı
Pavel Durov
Dünya 06-02-2025 - 09:35
 134

“Telegram”ın təsisçisi Pavel Durovun işi ən azı bir il məhkəməyə verilməyəcək.

Ajans.az xəbər verir ki, bu barədə Wired nəşri məlumat yayıb.

Paris prokurorluğunun nümayəndəsi Maylis de Rekkin sözlərinə görə, hazırda iş məhkəməyə verilməyə hazırlanır. Bu zaman “Telegram”ın qurucusu Fransada olmalıdır.

Biznesmen haqqında həbs qərarı prokurorların “Telegram”ın məlumat sorğularına cavab verməməsi səbəbindən araşdırmalarında çətinlik çəkdikdən sonra verilib. Məqalədə vurğulanır ki, bu fonda “Telegram” Fransa, Belçika və Cənubi Koreyanın hüquq-mühafizə orqanları ilə daha fəal əməkdaşlığa başlayıb.

Yada salaq ki, Durov Azərbaycandan şəxsi təyyarə ilə gəldiyi Paris hava limanında Fransa xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Respublika prokurorluğu Telegram sosial şəbəkəsinin təsisçisinin dindirildiyi işin 12 cinayətə aid olduğunu bildirib. Nəzarət qurumunun aydınlaşdırdığı kimi, bura mütəşəkkil cinayətkar qrup tərəfindən çirkli pulların yuyulması daxildir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: