Azad edilmiş ərazilərdə yaradılacaq bələdiyyələrin sayı AÇIQLANDI

Cəmiyyət
11-10-2024 - 09:09
İşğaldan azad edilmiş ərazilərdə kəndlərin formalaşdırılması prosesi davam edir.
Ajans.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, həmin ərazilərdə bələdiyyələrin formalaşdırılması gələcəkdə həyata keçirilə bilər:
“Hesab edirəm ki, gələcəkdə həmin ərazilərdə bələdiyyələrin sayı təxmini 100-110 olacaq”.