Arda fanatlarına şad xəbər - Ançelotti açıqladı

Arda fanatlarına şad xəbər -
İdman 04-04-2025 - 18:34

La Liqanın 30-cu turunda "Real Madrid" doğma meydanda "Valensiya"nı qəbul edəcək. Qarşılaşmadan əvvəl bənövşəyi-ağların çalışdırıcısı Karlo Ançelotti açıqlama verib.

Ajans.az bildirir ki, italyan məşqçi Arda Gülər ​​və Endriklə bağlı diqqətçəkən ifadələr işlədib. İspaniya Kral Kubokunun yarımfinal matçında "Real Sosyedad"la qarşılaşmada qol ötürməsi edən Arda Gülər ​​haqqında qiymətləndirmə edən Ançelotti türk futbolçuya daha çox şans verməyi düşünür:

"Arda Gülər ​​və Endrik çox yaxşı oynayırlar. Onlar "Valensiya"ya qarşı oynaya bilərlər. Onlar mövsümün sonuna doğru mühüm rol oynaya bilərlər".

Arda Gülər ​​bu mövsüm Real Madriddə 32 matçda forma geyinib. 20 yaşlı futbolçu bu matçlarda 3 qol və 7 məhsuldar ötürmə ilə çıxış edib.

PAYLAŞ: