Həmin görüntülərlə bağlı "Sobsan"dan AÇIQLAMA

Həmin görüntülərlə bağlı "Sobsan"dan
Cəmiyyət 14-04-2025 - 17:15

Xəbər verdiyimiz kimi, "Sobsan" boya şirkətinin Aşağı Güzdək qəsəbəsində yerləşən zavodunun zəhərli tullantıları yaxınlıqdakı gölə axıtması ilə bağlı iddialar yayılmışdı.

Məsələ ilə bağlı şirkətin direktoru Feyruz Quliyev Ajans.az-a açıqlama verib. O bildirib ki,  mövcud vəziyyət yeni yaranan məsələ deyil, uzun müddətdir həmin ərazidə müşahidə olunur:

"Bu vəziyyəti bilə-bilə həmin vətəndaşlar orada yaşamağa qərar vermişdir. Həmçinin sonradan məskunlaşan şəxslər hər hansı şikayəti irəli sürmədən öncə, ilk növbədə öz məişət və kanalizasiya tullantılarının hara və hansı formada axıdıldığını izah etsələr, daha ədalətli və sağlam yanaşma olar.

"Sobsan" çirkab sularının daşınması üçün müvafiq lisenziyaya malik özəl şirkətlə müqavilə bağlamış və bu prosesi daimi əsaslı, qanuni şəkildə həyata keçirir. Bu ərazi yalnız "Sobsan"a aid deyil, həmin çirkab sularının "Sobsan"la əlaqəsi yoxdur. Başqalarına aid məsuliyyəti "Sobsan"ın üzərinə yıxmalarını qınayırıq. Biz bu məsələyə ədalətli və köklü yanaşılmasını, eyni zamanda problemin həllini ən çox istəyən tərəfik".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Cavidan Mirzəzadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: