"Araz" marketdəki qalmaqalla bağlı AQTA-dan RƏSMİ AÇIQLAMA

"Araz" marketdəki qalmaqalla bağlı AQTA-dan
Cəmiyyət 14-10-2024 - 12:53
 129

Xəbər verdiyimiz kimi, dünən sakinlərdən biri “Araz” marketlər şəbəkəsindən şikayət edib. Sosial şəbəkələrdə öz iradını bildirən izləyici bildirib ki, aldığı qatılaşdırılmış südün vaxtı keçmiş olub. Məsələ ictimailəşdirildikdən sonra xeyli izləyici də xəbərə reaksiya verərək şəbəkələşdirilmiş marketlərlə bağlı öz şikayətlərini dilə gətirib.

Bəs bu cür halların qarşısı alınırmı? Ümumiyyətlə, marketlərə necə nəzarət olunur?

Mövzu ilə bağlı AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov “Ajans”a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir:

“Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür. Həmçinin satış şəbəkələri, ictimai iaşə və ticarət obyektlərində vətəndaşlara təqdim edilən qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Sınaq nəticələrinə əsasən, məhsullarla bağlı qanunamüvafiq tədbirlər görülür. Əgər vətəndaşların qida məhsulları ilə bağlı hər hansı müraciətləri olarsa, bu barədə konkret məlumatlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər”.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: