Almaniya prezidenti Bundestaqı buraxdı

Almaniya prezidenti
Almaniya prezident
Dünya 27-12-2024 - 14:10

Almaniya prezidenti Frank-Valter Ştaynmayer fevralın 23-də keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlığa başlamaq üçün Bundestaqı buraxıb.

Ajans.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. 

“Almaniya prezidenti Frank-Valter Ştaynmayer cümə günü kansler Olaf Şolzun üçtərəfli koalisiyasının dağılmasından sonra fevralın 23-də növbədənkənar seçkilərə yol açmaq üçün ölkə parlamentinin aşağı palatasını buraxıb”, - deyə agentlik qeyd edib.

Əlavə olaraq dəqiqləşdirilir ki, növbədənkənar seçkilərdən sonra Almaniyanın hazırkı kansleri Olaf Şolz böyük ehtimalla hökumət başçısı postunu itirəcək. Seçki yarışında favorit partiya Almaniya Sosial Demokrat Partiyasını 10 faizdən çox qabaqlayan Xristian Demokrat İttifaqının (CDU) rəhbəri Fridrix Merzdir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: