Almaniya ilə Türkiyə arasında münasibətlər kababa görə korlanıb? - SENSASİA
Türkiyə ilə Almaniya arasındakı münasibətlər kababın düzgün hazırlanması texnologiyası ilə bağlı mübahisələrə görə gərginləşib.
Ajans.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti dekabrın 29-da yazıb. Məşhur yeməklə bağlı vəziyyəti ölkələr arasında “müharibə” adlandırıb.
“Berlin və Ankara ət yeməkləri üstündə mübahisə etdi və Aİ (Avropa İttifaqı - Red.) məşhur fast foodun gələcək statusu ilə bağlı qərar verməli oldu”, - nəşr yazır.
Nəşr qeyd edir ki, aprel ayında Türkiyə yeməyin türk versiyasını Aİ-də qeydiyyata almaq üçün müraciət edib ki, bu da ona Fransız şampanı və ya İtaliyadan gələn Neapolitan pizzası ilə eyni səviyyədə qorunma təmin edəcək. Bundan sonra Almaniya şikayət edib və münasibətlər gərginləşib.