Ağır qəzada təhlükəsizlik yastığı açılmayan "Li" avtomobilləri...

Rusiyada baş verən avtoqəza insanlarda maraq və narahatlıq doğurub.
Ajans.az-ın xəbərinə görə, “Li” markalı Çin istehsalı maşın yolun ortasında qəzaya uğrayıb və təhlükəsizlik yastıqları açılmayıb. Qəza nəticəsində maral avtomobilin lyukundan içəri düşüb.
Maraqlı olan nüans isə odur ki, sözügedən qəza Çin avtomobillərinə etimadı sarsıdıb.
Qeyd edək ki, Azərbaycanda da “Li” markalı, habelə digər Çin istehsalı olan maşınların xeyli istifadəçisi var.
View this post on Instagram