Ağdərədə yük avtomobili aşdı

Ağdərədə yük avtomobili
yük avtomobili
Hadisə 10-03-2025 - 18:26

Ağdərədə yük avtomobili dərəyə aşıb.

Ajans.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Umudlu kəndi ərazisində baş verib.

Belə ki, daşla yüklü olan "KamAZ"markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı dərəyə yuvarlanıb.

Qəza nəticəsində yük avtomobilinin sürücüsü özünü avtomobildən atdığına görə xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: