Abxaziyanın yeni prezidenti odur!
Aslan Bjaniya vəzifəsini tərk etdikdən sonra Abxaziyanın vitse-prezidenti Badra Qunba ölkənin müvəqqəti prezidenti olub.
Ajans.az xəbər verir ki, bu barədə Apsnypress özünün “Telegram” kanalında məlumat yayıb.
“Hazırkı vitse-prezident Badra Qunba Abxaziya prezidentinin səlahiyyətlərini icra edən təyin edilib”, - Abxaziya parlamentinin qərarında deyilir.
Qunbanın təyinatı ilə bağlı qərar parlamentin noyabrın 19-da günortadan sonra keçirilən iclasında qəbul edilib. Vitse-prezidentin təyin edilməsinə 28 deputat səs verib.