Abxaziyanın baş naziri istefa VERDİ

2024-cü il noyabrın 19-dan bu vəzifədə olan Abxaziyanın baş naziri vəzifəsini icra edən Valeri Bqanba seçki kampaniyasının başa çatması ilə əlaqədar öz istəyi ilə istefa verib.
Ajans.az xəbər verir ki, TASS bu barədə açıqlama vermək üçün jurnalistlərə müraciət edən siyasətçinin özünə istinadən məlumat yayıb.
“Mənim missiyam yerinə yetirildi. Seçki kampaniyasının başa çatması ilə əlaqədar baş nazir səlahiyyətlərini icra edən vəzifədən istefa verdim”, - Bqanba bildirib.
Aydınlaşdıraq ki, Abxaziyada prezident seçkiləri dövründə Bqanba həm də dövlət başçısı kimi fəaliyyət göstərib, faktiki olaraq Abxaziya ərazilərinin müvəqqəti rəhbəri olub.