Abxaziyada son vəziyyət - XEYLİ SAYDA YARALI VAR

Abxaziyada son vəziyyət -
Abxaziya
Dünya 16-11-2024 - 13:04

Abxaziyada hökumət binaları kompleksi yaxınlığında keçirilən etiraz aksiyaları zamanı xəsarət alanların sayı 14 nəfərə çatıb.

Ajans.az xəbər verir ki, bu barədə “Apsnypress” respublika xəbər agentliyi məlumat verib.

Qeyd olunur ki, şənbə günü səhər, noyabrın 16-da Zaqafqaziya ölkəsinin səhiyyə naziri Eduard Butba iğtişaşlar zamanı xəsarət alan vətəndaşlara baş çəkib.

“Nazirə xəstələrin sağlamlıq vəziyyəti barədə məlumat verilib. Onların hamısına həm ambulator, həm də stasionar lazımi tibbi yardım göstərilib”, - deyə, məlumatda deyilir.

Bundan əvvəl Bjaniyanın Abxaziyanın paytaxtını tərk etdiyi məlum olub. Müxalifət liderlərindən biri, Abxaziya qəhrəmanı Levan Mikaa bildirib ki, respublika prezidentinin harada olduğu məlum deyil.

Noyabrın 15-i axşam müxalifət tərəfdarları Bjaniyaya ultimatum verərək, onun bir saat ərzində postunu tərk etməsini tələb ediblər.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: