Abxaziyada parlament qarşısında ATIŞMA: Deputat öldü/Yaralı var - TƏCİLİ

Abxaziyada parlament qarşısında ATIŞMA:
Deputat
Hadisə 19-12-2024 - 17:08

Abxaziyalı deputat Vaxtanq Qolandzia respublika parlamentinin binası yaxınlığında baş verən atışma nəticəsində həlak olub.

Ajans.az bu barədə “Telegram”da Abxaziyanın Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

Digər deputat Kan Kvarçia isə qolundan yaralanıb. Onun Respublika Xəstəxanasında yardım aldığı bildirilir.

Bundan əlavə, respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsini icra edən Robert Kiut bildirib ki, atışmada şübhəli bilinən deputat Adqur Xaraziyadır. Onun sözlərinə görə, deputat hadisə yerindən qaçıb.

Abxaziya parlamenti yaxınlığında atışma dekabrın 19-da günortadan sonra məlum olub. İki deputatın yaralandığı bildirilir. Atışma baş verən yerə istintaq-əməliyyat qrupu gəlib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: