82 yaşlı kişini maşın vurub öldürdü

Hadisə
13-12-2024 - 05:51
Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, hadisə şəhərin Sülh küçəsində qeydə alınıb.
Belə ki, Ruslan Ağayev idarə etdiyi “Opel” markalı avtomobillə 1942-ci il təvəllüdlü Şöhrət Eyvazovu vurub.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan piyada vəfat edib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.