12 yaşlı qıza 6 il təcavüz edən şəxslər SAXLANILDI - DƏHŞƏT
Qazaxıstanın Cambıl vilayətində iki qardaş kiçik qardaşı qızına 6 il təcavüz edib.
Ajans.az "ORDA" vilayət polis idarəsinə istinadən xəbər verir ki, zərərçəkənin hazırda 12 yaşı var, şübhəlilərin 35 və 37 yaşı var. Onlardan biri saxlanılıb, digəri axtarışa verilib.
İkinci şübhəlinin tutulması üçün bütün zəruri tədbirlər görülür. İdarədən bildiriblər ki, cinayət işi polis idarəsinin rəhbərliyinin nəzarətindədir.
Polis xatırladıb ki, uşağın zorlanması ilə bağlı maddə ömürlük həbsi nəzərdə tutur. Bundan başqa, məktəb əməkdaşlarına qarşı şagirdin təhlükəsizliyi ilə bağlı vəzifələri lazımınca yerinə yetirmədiklərinə görə cinayət işi açılıb.