Gədəbəydə ana və qızı döyülüb- VİDEO

Hadisə
12-04-2025 - 10:10
Gədəbəydə ana və qızı döyülərək xəstəxanalıq olublar.
Ajans.az xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, rayonun Söyüdlü kəndində yaşayan 42 yaşlı İlahə Mürsəlova və 18 yaşlı qızı döyülərək xəsarət alıb və xəstəxanaya müarciət ediblər. Sonra onlar Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
İddiaya görə, İlahə Mürsəlova qayınatası və baldızı tərəfindən döyülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.
Mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edirik.
Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir