Bakıda güclü yanğın: Polis cəlb edildi, yol bağlandı - FOTO

Bakının Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
Ajans.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.
Yaşayış binalarının birində baş vermiş yanğın səbəbindən qeyd olunan kəsişmədən Sadıqcan küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Cavidan Mirzəzadə
Vəzifəsi: Müxbir