Azərbaycanlı model kokteylə 70 min manat ÖDƏDİ- FOTO

Azərbaycanlı model kokteylə 70 min manat ÖDƏDİ-
Şou Biznes 08-04-2025 - 15:17

Keçmiş model və sosial şəbəkələrdə dəbdəbəli həyat tərzi ilə tanınan Diana Əhədpur Dubayda iştirak etdiyi hərracda 37 500 avro (təxminən 70 012 manat) dəyərində kokteyl əldə edib.

Ajans.az xəbər verir ki, bu içki 1930, 1937 və 1950-ci illərə aid nadir spirtli içkilərdən hazırlanıb.

Qeyd edək ki, Diana Əhədpur iran əsilli biznesmen Manuçehr Əhədpur Xangahla evlidir və cütlüyün bir oğlu var. Hazırda Birləşmiş Ərəb Əmirliklərində yaşayan Diana, 2017-ci ildə öz adını daşıyan “Diana Ahadpour” brendi altında geyim markası yaradaraq modelyerlik karyerasına başlayıb.  

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: