Zurab Sereteli VƏFAT EDİB

Zurab Sereteli
Zurab Sereteli
Dünya 22-04-2025 - 10:21

SSRİ Xalq rəssamı, gürcü heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli 91 yaşında vəfat edib.

Ajans.az TASS-a istinadən xəbər verir ki, bu barədə sənətşünas Kseniya Korobaynikova "Telegram" kanalında məlumat yayıb.

"Böyük rəssam. Böyük insan. Böyük vətəndaş. Böyük mesenat. O, bir çox başqa işlərdə də uğur qazanıb", - deyə Korobaynikova yazıb.

Onun ürək dayanmasından öldüyü bildirilir.

Sereteli beş mindən çox rəsm, qrafika, heykəltəraşlıq, monumental-dekorativ sənət (freska, mozaika, panno) və sair əsərlərinin müəllifidir. O, heykəltəraş kimi çoxlu abidələr yaradıb.

Xatırladaq ki, Zurab Sereteli 1934-cü ildə Tbilisidə anadan olub.

PAYLAŞ: