Zəfər paradının aparıcısı o olacaq
Cəmiyyət
05-11-2025 - 00:41
Üç gün sonra Bakının Azadlıq Meydanında qələbəmizin 5 illiyinə həsr edilmiş Zəfər paradı keçiriləcək.
Ajans.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, parada aparıcılıq AzTV-nin siması Mümtaz Xəlilzadəyə həvalə edilib.
Artıq aparıcı məşqlərə də başlayıb.
Budəfəki parada da Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev komandanlıq edəcək.
Qeyd edək ki, 2020-ci ilin dekabrında Bakıda, 2023-cü ilin 8 noyabrında isə Xankəndidə Zəfər paradları keçirilib.
Mövzular:
Oxşar xəbərlər
17 yaşlı qızın təxirə salınan toyu yenidən keçiriləcək: Hazırlıqlar başladı
Cəmiyyət12:58 / 15-11-25