Yük maşını avtomobillə toqquşdu - Ölən var

Hadisə
17-05-2025 - 00:05
Ağdaşda yük maşını minik avtomobili ilə toqquşdu.
- Ağdaş rayonunda yük maşını minik avtomobili ilə toqquşub.
Ajans.az Teleqraf.az istinadən xəbər verir ki, hadisə Aşağı Zeynəddin kəndi yaxınlığında baş verib. Volvo markalı yük maşının "Mersedes"lə toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.