Yıxılaraq başı daşa dəyən kişi öldü

Yıxılaraq başı daşa dəyən kişi
Hadisə 17-10-2025 - 10:57

Sumqayıtda 43 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Ajans.az xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib.

Belə ki, şəhər sakini 1982-ci il təvəllüdlü Elşən Altay oğlu Kələntərli yıxılaraq başı daşa dəyib. O, aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

PAYLAŞ: