Yeni MÜZAKİRƏ: ABŞ qoşunlarını Avropadan çıxarır

ABŞ qoşunlarının Avropadan çıxarılması ilə bağlı müzakirələrə başlayacaq.
-
Amerika Birləşmiş Ştatları (ABŞ) bu il Avropadakı qoşunlarının azaldılması ilə bağlı müzakirələrə başlayacaq.
Ajans.az “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ-nin Şimali Atlantika Müqaviləsi Təşkilatındakı (NATO) səfiri Metyu Vitaker açıqlayıb.
Tramp administrasiyasının qoşunların Avropadan çıxarılmasını nəzərdən keçirməsi barədə xəbəri şərh edən Vitaker "hələ heç nəyin müəyyən edilmədiyini" söyləyib.
"Lakin biz bunu edən kimi NATO strukturu çərçivəsində danışıqlar aparacağıq. Bu, sammitdən (NATO sammiti bu ilin iyun ayında Haaqada keçiriləcək – red.) sonra, ilin sonlarına yaxın olacaq. Bütün müttəfiqlərimiz bunu etməyə hazırdır", - o bildirib.
Səfirin sözlərinə görə, ABŞ 30 ildən çoxdur ki, qoşunlarını Avropadan çıxarmaq istəyir. Prezident Tramp prosesin ləngimədən həyata keçirilməsini tapşırıb.
Bununla belə, Uitaker ABŞ-nin alyansdan çıxmaq niyyətində olmadığını əlavə edib:
"ABŞ bu alyansda qalacaq. Biz böyük dost və böyük müttəfiq olacağıq", - o deyib.