Yəməndən İsrail ərazisinə raket buraxılıb

Yəməndən İsrail ərazisinə raket
Dünya 05-10-2025 - 09:15

İsrail Müdafiə Qüvvələri (İMQ) Yəməndən raket buraxılışı qeydə alıb.

Ajans.az xəbər verir ki,bu barədə İMQ-nin mətbuat xidmətinin açıqlamasında bildirilib.

"İsrail Müdafiə Qüvvələri Yəməndən İsrail ərazisinə doğru raket buraxılışını qeydə alıb", - açıqlamada vurğulanıb.

Qurum əlavə edib ki, İsrailin bir sıra rayonlarında protokola uyğun olaraq hava həyəcanı siqnalları aktivləşdirilib.

PAYLAŞ: