Yəmən sahillərində ticarət gəmisinə HÜCUM OLDU

Yəmən sahillərində ticarət gəmisinə
gəmi
Dünya 06-07-2025 - 18:15

Yəmənin Hodeyda limanı sahillərində yerləşən ərazidə ticarət gəmisinə hücum olunub.

Ajans.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələri nəzdində fəaliyyət göstərən Dəniz Ticarət Əməliyyatları İdarəsi məlumat yayıb.

Bildirilib ki, hücum bir neçə kiçik qayıq tərəfindən həyata keçirilib. Onlar yüngül atıcı silahlar və qumbaraatanlardan istifadə ediblər. Gəmidə olan silahlı mühafizə qrupu cavab atəşi açıb. Hazırda insidentlə bağlı araşdırma aparılır.

Hadisə Hodeyda limanından 51 dəniz mili (təxminən 94 kilometr) cənub-qərbdə baş verib. Bütün gəmilərə ərazidə ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə məlumat vermək tövsiyə olunub.

PAYLAŞ:

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.