Xırdalanda küçə ticarəti– SƏKİLƏR ZƏBT OLUNUB

Xırdalanda küçə ticarəti–
BAZAR
Cəmiyyət 14-04-2025 - 15:38
 214

Xırdalan şəhərinin Həzi Aslanov küçəsində yerləşən yaşayış binalarının ərazisində qeyri-qanuni küçə ticarəti ilə məşğul olan şəxslərin fəaliyyəti yerli sakinlərin ciddi narazılığına səbəb olub.

Məsələ ilə bağlı Ajans.az-a müraciət edən Xırdalan sakini ərazidə çəkilmiş videonu təqdim edib. Kadrlarda küçə ticarətinin binanın qarşısında yolboyu qurulduğu və ətrafda antisanitar vəziyyətin hökm sürdüyü görünür.

Sakinin sözlərinə görə, ticarətçilərin bu fəaliyyəti ərazidə tör-töküntü, zibillik və natəmizlik yaradaraq prospektin ümumi görüntüsünə mənfi təsir göstərir. Bu isə həm ətraf mühitin çirklənməsinə, həm də sakinlərin gündəlik rahatlığının pozulmasına səbəb olur.

Narazı vətəndaşlar bildirirlər ki, vəziyyətlə bağlı müvafiq qurumlara dəfələrlə şikayət etsələr də, indiyədək heç bir hüquqi tədbir görülməyib. Onların sözlərinə görə, problemin uzun müddət həll edilməməsi narahatlığı daha da artırır.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımov Ajans.az-a açıqlamasında bildirib ki, bu barədə müvafiq qurumlara tapşırıq verilib və yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: